Nigeriyada “Lassa”dan onlarla adam həlak oldu

“Lassa qızdırması” ilk dəfə 1969-cu ildə Nigeriyanın Borno əyalətində ortaya çıxıb

1592075
Nigeriyada “Lassa”dan onlarla adam həlak oldu

 

  Nigeriyada heyvanlardan insanlara keçən və ölümcül olan "Lassa qızdırması" virusundan 22 adam həyatını itirdi.

  Qərbi Afrika ölkəsi Nigeriyanı təsiri altına alan epidemiyada yanvar ayından bu yana Edo, Ondo, Ebonyi, Nasarava, Enuqu, Taraba və Bauchi əyalətlərində 102 yoluxma halı qeyd edilib, indiyədək 22 nəfər dünyasını dəyişib.

  Mali, Toqo, Qana, Liberiya, Sierra Lyon kimi bir çox Afrika ölkəsində də rast gəlinən “Lassa qızdırması” ilk dəfə 1969-cu ildə Nigeriyanın Borno əyalətində ortaya çıxıb.

  Nigeriya hökuməti 2020-ci ildə bu virusla bağlı ölkədə fövqəladə vəziyyət elan etmişdi.

  Siçan nəcisiylə təmas nəticəsində bulaşan xəstəlik insandan insana keçə və ölümcül qanamalı qızdırmaya gətirib çıxarır.

  Səlahiyyətlilər xalqa gigiyena qaydalarında diqqətli olmaları, siçan və digər gəmiricilərdən uzaq durmaları xəbərdarlığını edir.



Әlaqәli Xәbәrlәr