Pentaqon Suriyada İran tərəfdarı olan qüvvələrə hava zərbələri endirib

ABŞ Silahlı Qüvvələri İraqdakı hücumlarla əlaqəli olması səbəbindən Suriyanın şərqində İran tərəfdarı olan qrupların hədəflərinə hava zərbələri endirib.

1591017

Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Con Kirbi bunun Co Baydenin göstərişi ilə  həyata keçirildiyini bildirib O qeyd edib ki, bu hücum İraqdakı ABŞ və və koalisiyaya qüvvələrinə məxsus obyektlərə bir neçə gün əvvəl edilən zərbələrin cavabı idi: “Hava zərbələri nəticəsində “Kataib Hizbullah” və “Kataib Seyyid aş-Şuhad” da daxil olmaqla, sözügedən qruplaşmaların çoxsaylı obyektləri məhv edilib”.

Hava hücumunun terror təşkilatı DEAŞ əleyhinə koalisiya ölkələrilə məsləhətləşərək edildiyini vurğulayan Kirbi bunun İraq və Suriyadakı ümumi vəziyyətdə gərginliyi dərinləşdirməmək üçün balansıl şəkildə icra edildiyini bildirib. 

Әlaqәli Xәbәrlәr