Co Bayden vә Uhuru Kenyatta arasında telefon danışığı olub
Bu barәdә Ağ Evin mәlbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden vә Kenya dövlәt başçısı Uhuru Kenyatta arasında telefon danışığı olub.
Bu barәdә Ağ Evin mәlbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, Bo Bayden söhbәt zamanı ABŞ-ın Kenya ilә әmәkdaşlıq etmәk istәdiyini bildirib. Baydenin hәmçinin ABŞ ilә Kenya arasındakı güclü münasibәtlәrin әhәmiyyәtini vurğuladığı bildirilib.
Amerika Birlәşmiş Ştatlarının regional sülh vә tәhlükәsizliyi dәstәklәmәk üçün Kenya ilә işlәmәk mәsәlәsindә qәtiyyәtli olduğu bildirilib.
Liderlәr Efiopiyanın Tiqray bölgәsindәki humanitar böhranı da müzakirә ediblәr..
Әlaqәli Xәbәrlәr

Dünya Müsəlman Alimləri Birliyindən müsəlmanlara çağırış
Dünya Müsəlman Alimləri Birliyi İslam dünyasını zəlzələ bölgələrinə təcili yardım etməyə çağırıb.