Co Bayden Səudiyyə Ərəbistanı Kralı ilə görüşüb

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti So Bayden Səudiyyə Ərəbistanı Kralı Salman İbn Əbdüləziz ilə telefonda görüşüb.

1591135
Co Bayden Səudiyyə Ərəbistanı Kralı ilə görüşüb

Ağ Evdən yayılan yazılı açıqlamada Bayden və Kral Salman arasında telefon danışığı olduğu, iki liderin regional təhlükəsizliyi müzakirə etdikləri bildirilib. Birləşmiş Millətlər Təşkilatı və ABŞ-ın Yəməndəki vətəndaş müharibəsini sona çatdırmaq üçün başlatdıqları diplomatik səylərin davam etməsi, İranın dəstəklədiyi qruplaşmaların hücumlarına qarşı Səudiyyə Ərəbistanını qorumaq üçün ABŞ-ın lazımlı addımları atmaqda davam edəcəyi vurğulanıb. Qeyd edilib ki, Prezident Biden danışıq zamanı ABŞ-ın universal insan hüquqları və qanunun aliliyinə üstünlük verdiyinə diqqət çəkib və Kral Salmana ikitərəfli münasibətlərin güclü və şəffaf olması üçün lazımlı addımların atılacağı barədə söz verib. Şərhdə həmçinin bildirilib ki, iki lider ortaq maraqlar və narahatlıqlar üzərində birlikdə çalışmaq mövzusunda razı qalıb.

Digər tərəfdən, ABŞ Dövlət departamentinin rəhbəri Antony Blinken, Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Faisal İbn Farhan Əl Saud ilə telefonda danışıb. ABŞ Dövlət Departamentindən telefon danışığı ilə bağlı yayılan açıqlamada bildirilib ki, Blinken və Faisal ibn Farhan Əl Suud danışıq zamanı Səudiyyə Ərəbistanının qanuni və məhkəmə islahatları da daxil olmaqla insan haqlarındakı irəliləyişi və Səudiyyə Ərəbistanın müdafiəsinə dair atılan birgə addımlar, Yəməndəki müharibənin sona çatdırılması, regional təhlükəsizlik, terrorizmlə mübarizə və iqtisadi inkişaf məsələləri müzakirə edilib.



Әlaqәli Xәbәrlәr