Nigeriyada partlayış və  hücumlar törədilib, ölənlər var

Qərbi Afrika  ölkəsərindən  Nigeriyanın Borno ştatında üç fərqli nöqtədə   partlayışlar  törədilib.

1589570
Nigeriyada partlayış və  hücumlar törədilib, ölənlər var

Nigeriya  Dövlət  mediası bu  barədə  məlumat  yayıb.  Bildirilib  ki, partlayışlar  Borno  ştatının Maiduguri şəhərindəki Gwange, Bulabulin və Kaleri ərazilərində   törədilib.  Hadisələr  nəticəsində  10 nəfər həyatını itirib, 47 nəfər yaralanıb. Hökumət rəsmiləri  patlayışların  törədildiyi   ərazilərə   təhlükəsizlik qüvvələrinin  cəlb  olunduqlarını  və  hadisələrlə  əlaqəli istintaq başladıldığını  bildiriblər.

Rəsmilərin  məlumatına  görə  bölgədə  tez-tez  oxşar hadisələr   törədən  terror təşkilatı Boko Haram-a  qarşı  mübarizə   çərçivəsində  həyata  keçirilən  əməliyyat  nəticəsində Boko Haramın nəzarətindəki bölgə ələ keçirilib. Əməliyyatda  çox  sayda  terrorçu zərərsizləşdirilib.  



Әlaqәli Xәbәrlәr