Dünyada pandemiya qurbanlarının sayı 2 milyon 492 mini ötüb

Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 498 min 880-i keçib.

1589478
Dünyada pandemiya qurbanlarının sayı 2 milyon 492 mini ötüb
KORONA SÜPER

Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 498 min 880-i keçib. İnfeksiyaya yoluxanların sayı 112 milyon 764 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 88  milyon 324 mini ötüb.

Hindistanda epidemiya səbəbiylə son 24 saat ərzində 100 nəfər dünyasını dəyişib, 13 min 463 adama virus yoluxub. Bununla da ölkədə insan itkisi 156 min 598-ə, yoluxma sayı isə 11 milyon 30 min 176-ya yüksəlib.

Virus səbəbiylə insan itkisinin 513 min 553 olduğu epidemiyanın mərkəzi ABŞ-da yoluxmaların sayı 28 milyon 850 min 855-i keçib.

İngiltərədə pandemiya səbəbiylə son 24 saat ərzində 548 ölüm və 8 min 489 yeni yoluxma qeydə alınıb. Bununla da ölkədə ölənlərin sayı 121 min 305, yoluxmaların sayı isə 4 milyon 134 min 639 olub.

İtaliyada son 24 saat ərzində epidemiya səbəbiylə 356 nəfər həlak olmaı ilə virus qurbanlarının sayı 96 min 348-ə yüksəlib. Virusa yoluxmaların sayı isə 13 min 314 artaraq 2 milyon 832 min 162 nəfərə çatıb.

Fransada "Covid-19" səbəbiylə son 24 saat ərzində 341 nəfər ölüb. Bununla da ölkədəki can itkisi 85 min 44 nəfərə çatıb. Bir gündə 20 min 64 yeni yoluxma faktının aşkarlanması ilə yoluxma sayı 3 milyon 629 min 891-ə yüksəlib.

İspaniyada koronavirusdan son 24 saat ərzində 443 nəfərin ölümü ilə, insan itkisi 68 min 79-a çıxıb. Müvafiq dövrdə yoluxmaların sayı  7 min 461 artaraq 3 milyon 161 min 432-yə çatıb. 

Portuqaliyada son 24 saat ərzində virus səbəbiylə ölənlərin sayı 63 nəfər artaraq 16 min 86, yeni yoluxmaların sayı 32 min artaraq 799 min 106-ya yüksəlib.

 İranda ötən 24 saat ərzində yeni növ koronavirus infeksiyasından 73 nəfər ölüb. Bununla da İranda koronavirusdan ölənlərin sayı 59 min 736 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 8 min 270 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 1 milyon 598 min 875 nəfərə çatıb.  

Rusiyada son 24 saat ərzində daha 11 749 nəfər yeni növ koronavirusa yoluxub. Rusiyada virusa yoluxanların sayı 4 milyon 200 min 902 nəfərə çatıb.

Son 24 saat ərzində 383 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə virusdan ölənlərin sayı 84 min 430 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

 



Әlaqәli Xәbәrlәr