Kolumbiyada qarşıdurma,11 nəfər ölüb

Kolumbiyanın Narino ştatındakı bandaların toqquşması nəticəsində 2 gündə 11 nəfər həyatını itirib.

1588997
Kolumbiyada qarşıdurma,11 nəfər ölüb

Müdafiə naziri Diego Molanonun yaydığı məlumata görə qarşıdurmalar bölgədə nəzarəti davam etdirmək istəyən “Contadores” və “Oliver Sinisterra” adlı iki banda arasında baş verib.

Nazir cinayətkarların tutulmaları üçün vətəndaşlardan dəstək tələb edildiyini narkotik tacirlər və bandalara qarşı mübarizədə təhlükəsizlik qüvvələrinə məlumat çatdıranların mükafatlandırılacağını bildirib.

Müdafiə naziri Molano 2021-ci ilin əvvəlindən bəri həyata keçirdikləri uğurlu əməliyyatlar nəticəsində cinayət təşkilatı üzvü 54 nəfərin tutulduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki cari ilin əvvəlindən bəri ölkənin müxtəlif bölgələrində silahlı qrupların hücumları nəticəsində 50-dən çox adam həyatını itirib. Şiddət hadisələrindən ən çox təsirlənən ştatlar isə Antioquia, Cauca və Narino olub



Әlaqәli Xәbәrlәr