ÜST: “Dünya koronavirus epidemiyasından 2022-ci ildə xilas olacaq”

Yeni növ koronavirus (Kovid-19) epidemiyası 2022-ci ilin əvvəllərində sona çatacaq.

1588004
ÜST: “Dünya koronavirus epidemiyasından 2022-ci ildə xilas olacaq”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu barədə məlumat yayıb. Danimarka dövlət veriliş orqanı “DR”-ə danışan ÜST-nin Avropa üzrə direktoru Dr. Hans Klugenin sözlərinə görə 2021-ci il də Kovid-19 ili olacaq. Lakin 2020-ci ilə müqayisədə nisbətən daha ehtiyatlı və idarəoluna biləcək.

Kluge ən pis ssenarinin geridə qalıdığını və virüs haqqında ilk yayılmağa başladığı 2020-ci ilə müqayisədə daha çox məlumat əldə edildiyinə diqqət çəkib. Heç kimin Kovid-19 epidemiyasına dair cərəyən edə biləcək prosesləri bilmədiyini, lakin dünyanın virusun təhlükəli təxribatından 2022-ci ilin əvvəllərində xilas olacağını proqnozlaşdırdığını qeyd edib. Kluge deyib ki, Virusun mövcudiyyəti davam etsə də məhdudiyyətlərə zərurət olmayacaq. Kovid-19 vurusunun mutasiyaya uğramasına da münasibət bildirən Kluge, mutasiyaların normal olduğunu və virusun yoluxmuş şəxsə uyğunlaşmağa çalışdığını söyləyib. Kovid-19 əleyhinə istehsal edilən peyvəndlərin motasiyaya uğramış növlərə təsirini izlədiklərini, zərurət olması halında tərkibinin dəyişdirilə biləcəyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr