Cammu Kәşmirdә üsyançılarla polis әmәkdaşları arasında qarşıdurma olub, ölәnlәr var

Cammu Kәşmirdә üsyançılarla Hindistan polisi arasında baş verәn qarşıdurma nәticәsindә 3 polis әmәkdaşı vә 3 üsyançı ölüb.

1587150

Hindistan polisinin yaydığı mәlumata görә, üsyançılarla Hindistan polisi arasında üç ayrı qarşıdurma yaşanıb. Qarşıdurmalar zamanı 6 nәfәrin öldüyü bildirilib.

Polis İdarәsinin rәsmilәri Srinaqar  bölgәsindә baş verәn qarşıdurma zamanı yaralanan iki polis әmәkdaşının xәstәxanada hәyatını itirdiyini açıqlayıb.

Hücumlara görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb. Hücumdan sonra bölgәdә hәyata keçirilәn әmәliyyat zamanı bir kәşmirli gәncin saxlanıldığı bildirilib.

Kәşmir Polis İdarәsinin rәsmisi Vijay Kumar isә dünәn sәhәr saatlarında Bervah bölgәsindә baş verәn silahlı qarşıdurma zamanı üsyançıların bir polis әmәkdaşını da öldürdüyünü vurğulayıb.

Әlaqәli Xәbәrlәr