ÜST Qvineyaya ebola epidemiyası əleyhinə peyvənd göndərir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ebola epidemiyasının yenidən tüğyan etdiyi Qvineyaya 11000 doza peyvənd göndərəcək.

1586813
ÜST Qvineyaya ebola epidemiyası əleyhinə peyvənd göndərir

ÜST-nin Afrika üzrə direktoru Matshidiso Moeti bildirib ki, 21 Fevralda 100 mütəxəssis və 11000 doza ebola peyvəndi Qvineyaya çatdırılacaq. Vaksinasiya kampaniyasının 22 Fevralda başladılacağını ifadə edən Moeti, ABŞ-dan da 8 min 600 doza peyvənd almağı planlaşdırdıqlarını qeyd edib.

Moetinin sözlərinə görə epidemiyanın Qvineyada qeydə alındığı ərazi sərhəd xəttində yerləşdiyi üçün Qara Afrikanın bütövündə hazır vəziyyətə keçilib. Qeyd edək ki, qərbi Afrikada yerləşən Qvineyanın sərhəd qonşuları arasında Senegal, Mali, Fildişi Sahili, Liberiya, Sierra Leone və Gine Bissau iştirak edir. Ebola səbəbiylə 6 nəfərin öldüyü və 125 hadisənin qeydə alındığı Qvineyada 13 Fevralda Ebola epidemiyası elan edilib.



Әlaqәli Xәbәrlәr