Şarl Mişel vә Hәsәn Ruhani nüvә müqavilәsini müzakirә ediblәr

Avropa İttifaqı Şurasının sәdri Şarl Mişel İran ilә qlobal aktyorlar arasında әldә olunan nüvә müqavilәsinin davam ettirilә bilmәsi  üçün diplomatiyanın әhәmiyyәtini vurğulayıb.

1586626

Avropa İttifaqı Şurasının sәdri Şarl Mişel vә İran prezidenti Hәsәn Ruhani arasında telefon danışığı olub.

Avropa İttifaqı Şurasının mәtbuat xidmәtindәn verilәn bәyanata görә, görüşdә nüvә müqavilәsi әtrafında fikir mübadilәsi aparılıb.

Şarl Mişel Avropa İttifaqının müqavilәnin bütün müddәalara uyğun şәkildә hәyata keçirilmәsinә әhәmiyyәt verdiyini ifadә edib. Avropa İttifaqı Şurasının sәdri  İranın müqavilәdәki öhdәliklәrindәn vaz keçdiyi üçün  narahat olduqlarını deyib.

Şarl Mişel Beynәlxalq Atom Enerjisi Agentliyi ilә әmәkdaşlığın әhәmiyyәtinә işarә edәrәk  müsbәt addımlarla dәstәklәnәn diplomatiyanın qorunmasının bu mәrhәlәdә hәyati әhәmiyyәt kәsb etdiyini vurğulayıb.

Ş. Mişel Avropa İttifaqının müqavilәnin bütün müddәalara uyğun şәkildә hәyata keçirilmәsi vә Amerika Birlәşmiş Ştatlarının müqavilәyә geri qayıtması üçün sәylәr göstәrmәyә davam edәcәklәrini qeyd edib.

Әlaqәli Xәbәrlәr