Qvineyada ebola yenidən tüğyan edir

Qvineyada yenidən yayılan ebola virusundan həyatını itirənlərin sayı 6-ya çatıb.

1585968
Qvineyada ebola yenidən tüğyan edir

Milli Sağlamlıq Təhlükəsizliyi Agentliyinin məlumatına görə bu günə qədər 125 nəfər virusa yoluxub.

2016-cı ildən bəri Eboladan ölüm hadisəsi qeydə alınmayan ölkədə bu il virusa yoluxmuş bir tibb bacısı həyatını itirdiyi 13 fevralda 2-ci ebola epidemiyası elan edilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qvineyadan savayı Konqo Demokratik Respublikasında yenidən ortaya çıxan ebola epidemiyası əleyhinə mübarizə üçün 15 milyon dollar dəstək verəcəyini açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı 18 Noyabr 2020-ci ildə Konqo Demokratik Respublikasında ebola epidemiyasının 11-ci dalğasının sona çatdığını açıqladıqdan bir müddət sonra yəni 7 fevralda ölkənin şərqindəki Şimali-Kivu ştatındakı Biena bölgəsində yenidən virüs qeydə alınıb.

Qeyd edək ki, 2013-cü ilin dekabr ayında Ebola virusu Qərbi Afrikada tüğyan etdi. 2014-2017-ci illərdə Qvineya, Liberiya və Sierra Leone-də yayıldı. 30 mindən çox insan virusa yoluxdu. Bunlardan 11 mindən çoxu həyatını itirdi.



Әlaqәli Xәbәrlәr