Çadda çobanlarla fermerlәr arasında qarşıdurma, ölәnlәr var

Mәrkәzi Afrika ölkәsi Çadin cәnubunda çobanlar ilә fermerlәr arasında baş verәn qarşıdırma nәticәsindә 35 nәfәr hәyatını itirib.

1585769
Çadda çobanlarla fermerlәr arasında qarşıdurma, ölәnlәr var

 

Mәrkәzi Afrika ölkәsi Çadin cәnubunda çobanlar ilә fermerlәr arasında baş verәn qarşıdırma nәticәsindә 35 nәfәr hәyatını itirib.

Salamat bölgәsinin rәsmisi Mara Maad tәrәflәr arasında baş verәn qarşıdurma zamanı bir hәrbçinin dә hәyatını itirdiyini deyib.

Qarşıdurmaların fevralın 15-dә başladığını bildirәn Maad asayişin tәmin edilmәsi üçün bölgәyә tәhlükәsizlik qüvvәlәrinin göndәrildiyini söylәyib.

Qeyd edәk ki, noyabr ayında ölkәnin cәnubundakı Kabbia bölgәsindә baş verәn oxşar qarşıdurma nәticәsindә 22 nәfәr hәyatını itirmişdi.

Çadın cәnubunda uzun illәrdir çobanlarla fermerlәr arasında qarşıdurmalar yaşanır.



Әlaqәli Xәbәrlәr