Әfqanıstanda polis әmәkdaşlarına hücum edilib, ölәnlәr var
Bu barәdә Kabil Polis İdarәsinin mәtbuat katibi Ferdevs Faramarz mәlumat verib.
1585339

Әfqanıstanın Baqrami qәsәbәsindә polis әmәkdaşlarına hücum edilib.
Bu barәdә Kabil Polis İdarәsinin mәtbuat katibi Ferdevs Faramarz mәlumat verib. O, hücum zamanı iki polis әmәkdaşının hәyatını itirdiyini bildirib.
Ferdevs Faramarz hücumun Baqrami qәsәbәsinin Hüseyinhil bölgәsindә namәlum şәxslәr tәrәfindәn törәdildiyini deyib.
Qeyd edәk ki, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.