Afrika Birliyi və BMT Somalidə tərəfləri dialoqa çağırıblar

Afrika Birliyi və BMT seçkilər vaxtında keçirilmədiyi üçün gərginliyin artdığı Somalidə tərəfləri "dialoqa" çağırıblar.

1585079
Afrika Birliyi və BMT Somalidə tərəfləri dialoqa çağırıblar

Afrika Birliyi (AB) Komissiyasının sədri Musa Faki Muhammed və BMT-nin Baş katibi Antonio Quterreş seçkilər vaxtında keçirilmədiyi üçün gərginliyin artdığı Somalidə tərəfləri "dialoqa" çağırıblar.

AB və BMT-nin birgə bəyanatında son illərdə ölkənin sabitliyi istiqamətində əldə olunan irəliləyişə görə Somali xalqı və liderləri təriflənərək, bu qazancların Somali xalqının daimi sülhü əldə etmə əzminin sübutu olduğu ifadə edilib.

Bəyanatda ölkədə 17 sentyabr 2020-ci ildə keçirilən seçkilərlə bağlı əldə olunan razılaşmaya hörmətlə yanaşılması istənilib və bildirilib ki, komissiyanın sədri və baş katib Somali liderlərini dialoqa davam etməyə və seçkilərə olan siyasi əngəlləri ən qısa müddətdə aradan qaldırmaq üçün razılıq içində işləməyə çağırırlar.

Somalidə müxalifətin prezidentliyə namizədləri dövlət başçısı Məhəmməd Abdullah Fermacunun səlahiyyət müddəti 8 fevralda bitməsinə baxmayaraq vəziəsində qalmasına etiraz olaraq xalqı küçələrə çağırmışdı.



Әlaqәli Xәbәrlәr