Təşkilatın ilk qadın və afrikalı baş direktoru oldu

Dünya Ticarət Təşkilatından verilən məlumata görə...

1584215
Təşkilatın ilk qadın və afrikalı baş direktoru oldu

 

  Nigeriyanın sabiq maliyyə və xarici işlər naziri Nqozi Okonco İveala (Ngozi Okonjo Iweala) Dünya Ticarət Təşkilatının baş direktoru oldu. Təşkilatdan verilən məlumata görə, Dünya Ticarət Təşkilatı Baş Şurasının fevralın 15-ində reallaşdırdığı xüsusi yığıncaqda üzvlər İvealanın baş direktor təyin edilməsini qərara alıb.

  Dünya Ticarət Təşkilatının ilk qadın və afrikalı baş direktoru olan Nqozi Okonco İveala işə 2021-ci ilin 1 mart tarixindən başlayacaq və 2025-ci ilin 31 avqustuna qədər bu vəzifədə olacaq.

  Beynəlxalq təcrübəsi, inkişaf etmiş və etməkdə olan ölkələrlə qurduğu güclü əlaqələrinə görə İvealanın təşkilat müzakirələrində etibarı yüksəldə, işləri sürətləndirə və qurumun yenidən güclənməsini təmin edə biləcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr