Qvineyada “Ebola” epidemiyası

Qvineya hakimiyyəti rəsmi olaraq ölkənin cənub-şərqində Ebola xəstəliyi epidemiyasının başladığını elan edib.

1583506
Qvineyada “Ebola” epidemiyası

Qvineyanın cənub-qərbində Ebola epidemiyasının başlamasını rəsmən təsdiqləyən Qvineya Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib ki, xəstəliyin əlamətləri olan şəxslər təcrid vəziyyətinə keçiriləcək.

Yerli medianın məlumatına görə Ebola xəstələyin əlamətləri olan dörd ölən şəxsdən qan analizlərinin alınmasından sonra Səhiyyə nazirinin başçılıq etdiyi 14 fevral tarixli böhran iclasında epidemiyaya qarşı bir sıra tədbirlər həyata keçirilməsinə, o cümlədən Ebola xəstələri ilə təması olan hər kəsin müəyyənləşdirilməsinə və təcrid olunmasına qərar verilib.

2013-2016-cı illərdə Qərbi Afrikada Qvineyadan yayılan Ebola epidemiyası 11 mindən çox insanın ölümünə səbəb olub.

 


 



Әlaqәli Xәbәrlәr