Kosovoda keçirilən seçkilərdə Albin Kurti qələbə qazanıb

14 Fevral Bazar günü Kosovoda keçirilən növbədənkənar ümumi seçkilərdə seçicilərin 47.75%-in dəstəyini alan “Özün Qərar Ver Hərəkatı” qələbə elan etdi

1583688
Kosovoda keçirilən seçkilərdə Albin Kurti qələbə qazanıb

“Özün qərar ver Hərəkatı”ın lideri və Baş nazirliyə namizəd olan Albin Kurti, təşkil etdiyi mətbuat konfransında siyasi rəqiblər də daxil olmaqla, seçki prosesində iştirak edən hər kəsə minnətdarvlığını bildirib. Qazandıqları qələbənin arzu edilən islahatların həyata keçirilməsi üçün özlərinə fürsət bəxş etdiyini ifadə edən Kurti, ölkənin bir çox böhran yaşadığını və buna görə atılası xeyli addım olduğunu vurğulayıb. Yeganə hədəflərinin xalqa xidmət olacağını ifadə edən Kurti heç kimdən intiqam alınmayacağını, ancaq hamıdan məsuliyyət tələb ediləcəyini qeyd edib.

Kurti Jurnalistlərin Serbiya ilə davam edən dialoq prosesi ilə bağlı ünvanladıqları suala, “prioritetlərimiz Serbiya ilə dialoq qrupu yaratmaq yox, ədalət və yeni məşğulluq sahələri açmaqdır”- deyə cavab verib.

Qeyd edək ki, 28 siyasi təşkilatın namizədinin 120 üzvlü parlamentdə təmsil hüquiqunu əldə etmək üçün yaerışdığı seçkidə Kurti seçicilərin 47.75 faizini dəstəyini toplayıb. Kurti və “Özün Qərar Ver Partiyası” 2019-cu ilin oktyabrında keçirilən ümumi seçkilərdə ən çox səs toplayan partiya olmuşdu.



Әlaqәli Xәbәrlәr