İndoneziyada sürüşmə, 20 nəfər itkin düşüb

İndoneziyanın Şərqi Yava ştatında yerləşən Nqanjuk bölgəsində dünən axşam saatlarında yağan güclü yağışların səbəb olduğu sürüşmədə 20 nəfər itkin düşüb 14 nəfər yaralanıb.

1583627
İndoneziyada sürüşmə, 20 nəfər itkin düşüb

Milli Fəlakət İdarəetmə Agentliyinin Məlumat və Kommunikasiya Mərkəzinin rəhbəri Raditya Jatinin məlumatına görə hadisə Nganjuk bölgəsindəki Ngetos kəndində baş verib. Sürüşmə nəticəsində 8 ev dağılıb. 20 nəfər itkin düşüb, 14 nəfər bədən xəsarəti alıb. Jati qeyd edib ki, İtkin düşənləri axtarma və xilasetmə fəaliyyətləri davam edir. Fəlakətdən mənfi təsirlənənlər isə evakuasiya edilir.

Məlumata görə Şərqi Cava ştatındakı Pasuruan bölgəsində isə güclü yağışların səbəb olduğu seldən 294 ailə mənfi təsirlənib.

Qeyd edək ki, ekvatorial qurşaqda yerləşən İndoneziya xüsusilə oktyabr-aprel tarixləri arasında daşqınlar və torpaq sürüşmələrinə səhnə olur.



Әlaqәli Xәbәrlәr