Dünyada koronavirus qurbanlarının sayı 2 milyon 410 mini ötüb

İnfeksiyaya yoluxanların sayı 109 milyon 448 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 81  milyon 545 mini keçib.

1583407
Dünyada koronavirus qurbanlarının sayı 2 milyon 410 mini ötüb
Koronavirüs3.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 412 min 820-ni, infeksiyaya yoluxanların sayı 109 milyon 448 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 81  milyon 545 mini keçib.

Epidemiyanın mərkəzi  olan ABŞ-da "Covid-19" səbəbiylə ölənlərin sayı 496 min 811 olub. Ölkədəki yoluxma sayı 28 milyon 245 min 595-i keçib.

İngiltərədə virus səbəbiylə son 24 saat ərzində 258 nəfər həlak olub, 10 min 972 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 117 min 166, yoluxmaların sayı isə 4 milyon 38 min 78-ə yüksəlib.

İtaliyada epidemiya səbəbiylə son 24 saatda 221 nəfərin həyatını itirməsilə ölənlərin sayı 93 min 577-yə çatıb. Yoluxmaların sayı isə 11 min 68 artaraq 2 milyon 721 min 879 olub.

Fransada "Covid-19" səbəbiylə son 24 saatda insan itkisilə həlak olanların sayı 81 min 814 olub. Ölkədə yoluxmaların sayı isə 3 milyon 465 minə çıxıb.

Hindistanda epidemiya səbəbiylə son 24 saat ərzində 79 nəfər ölüb, 11 min 67 nəfərdə virus aşkarlanıb. Bununla da ölkədə insan itkisi 155 min 752-yə, yoluxma sayı isə 10 milyon 915 min 805-ə yüksəlib.

Braziliyada son 24 ərzində daha 24 759 nəfərin koronavirus infeksiyasına yoluxması, 713 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib. İndiyədək Braziliyada koronavirusa ümumilikdə 9 milyon 834 min 513 nəfər yoluxub. Bu müddət ərzində 239 min 245 koronaviruslu xəstə dünyasını dəyişib. Həmçinin bu günədək 8 milyon 745 min 424 xəstə müalicə olunaraq sağalıb.

İranda son 24 saat ərzində yeni növ koronavirus infeksiyasından 83 nəfər ölüb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 59 min 028 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 7 min 760 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 milyon 526 min 023 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 3 704 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 milyon 304 min 330 nəfər koronavirusdan sağalıb.

Rusiyada son bir gündə daha 14 min 207 nəfərə koronavirus diaqnozu qoyulub.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 milyon 86 min 90 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 394 nəfər artaraq 80 min 520-yə yüksəlib. Ölkədə indiyədək koronavirusa yoluxan 3 milyon 607 min 36 nəfər sağalıb.



Әlaqәli Xәbәrlәr