Dünyada koronavirusla bağlı son vәziyyәt

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 300 mini, infeksiyaya yoluxanların sayı 108  milyon 160 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 80  milyon 170  mini keçib.

1582048
Dünyada koronavirusla bağlı son vәziyyәt

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 300 mini, infeksiyaya yoluxanların sayı 108  milyon 160 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 80  milyon 170 mini keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında koronavirusdan ölәnlәrin sayı 485 min 562  nәfәrә, infeksiyaya yoluxanların sayı da 27 milyon 962  min 125  nәfәrә yüksәlib.

İngiltәrәdә epidemiyadan vәfat edәnlәrin sayı gün әrzindә 678  artaraq  115 min 529-a, infeksiyaya yoluxanların sayı da 13 min 494  artaraq  3 milyon 998  min 665-ә çatıb.

İtaliyada epidemiyadan ölәnlәrin sayı gün әrzindә 391  artaraq  92  min 729  nәfәrә,  virusa yoluxanların sayı da 15 min 146   artaraq 2 milyon 683  min 403-ә  yüksәlib. Ölkәdә vaksinasiya prosesi dekabrın 27-dә başlamışdı.

Fransada koronavirus qurbanlarının sayı gün әrzindә 360  artaraq  80 min 803   nәfәrә, infeksiyaya yoluxanların sayı da 21  min 63  artaraq 3 milyon 406  min 685  nәfәrә çatıb.

İspaniyada koronavirusdan vәfat edәnlәrin sayı gün әrzindә 513 artaraq 64  min 217-yә, virusa yoluxanların sayı da 17 min 853  artaraq 3 minlyon 41 min 454-ә  çatıb.

Şәrq ölkәlәrindә isә vәziyyәt belәdir:

Hindistanda epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı gün әrzindә 77  artaraq  155  min 476-ya, infeksiyaya yoluxanların sayı da 8 min 766  artaraq  10 milyon 878  min 826-ya  çatıb.

İsrail hәbsxanalarında olan 4 min 400-dәn çox  fәlәstinlinin әksәriyyәtinә yeni növ koronavirus әleyhinә vaksin tәtbiq olunub.

 



Әlaqәli Xәbәrlәr