BMT-nin terror təşkilatı DEAŞ barədəki xəbərdarlığı

BMT terror təşkilatı DEAŞ təhdidinin yenidən artdığını şər edən hesabat hazırlayıb.

1581348
BMT-nin terror təşkilatı DEAŞ barədəki xəbərdarlığı

BMT terror təşkilatı DEAŞ təhdidinin yenidən artdığını şər edən hesabat hazırlayıb.

BMT Təhlükəsizlik Şurasının direktoru Vladimir Voronkov terror təşkilatı DEAŞ-ın beynəlxalq sülh və təhlükəsizlik təhdidlərinə dair 12-ci hesabatını BMT Təhlükəsizlik Şurasına təqdim edib.

DEAŞ-ın 2020-ci ilin ikinci yarısında yenidən qruplaşmaq və fəaliyyətini canlandırmaq səylərinin sürət qazandığına diqqət çəkən Voronkov beynəlxalq sülh və təhlükəsizliyə yönəldilmiş DEAŞ təhdidinin artdığı barədə xəbərdar edib.

DEAŞ-ın İraq və Suriyada ilə digər münaqişə bölgələrində yeni növ koronavirus (Covid-19) epidemiyasının yaratdığı xaosdan istifadə etdiyini bildirən Voronkov təşkilatın 2021-ci ildə də dünyanın müxtəlif yerlərində hücumlar təşkil etmək gücünü bərpa edə biləcəyi barədə də xəbərdar edib.
Suriya və İraqda hələ də 10 min DEAŞ silahlısının olduğunu vurğulayan Voronkov DEAŞ və DEAŞ-la əlaqəsi olan təşkilatların Qərbi Afrikada gücünü artırmağa başladığı, Əfqanıstanda 2 mindən çox üzvü olduğu və Cənub-Şərqi Asiyada da  gücünü də qoruduğunu bildirib.



Әlaqәli Xәbәrlәr