Fransada helikopter qәzaya uğrayıb, ölәn vә xәsarәt alanlar var

Fransanın cәnub-qәrbindәki Kurşevel dağ-xizәk kurortu yaxınlığında helikopterin qәzaya uğraması nәticәsindә 2 nәfәr hәyatını itirib, 3 nәfәr dә xәsarәt alıb.

1580639

Bu barәdә Savoyya Valiliyindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, helikopterin göyәrtәsindә 5 nәfәr olub. Qәzanın yerli vaxtla saat 17.00-da baş verdiyi qeyd olunub. Mәlumatda qәzanın 1900 metr yüksәklikdә baş verdiyi vә hadisә yerinә xilasedicilәrin göndәrildiyi vurğulanıb.

Qeyd edәk ki, 2020-ci ilin dekabr ayında eyni bölgәdә baş verәn helikopter qәzası nәticәsindә 5 nәfәr hәyatını itirmişdi.

Әlaqәli Xәbәrlәr