Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 353 min 458-i keçib.

1580465
Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 353 min 458-i, infeksiyaya yoluxanların sayı 107  milyon 501 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 79  milyon 425 mini keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında koronavirusdan ölәnlәrin sayı 478 min 532 nәfәrә, infeksiyaya yoluxanların sayı da 27 milyon 972  min 148  nәfәrә yüksәlib.

İngiltәrәdә epidemiyadan vәfat edәnlәrin sayı gün әrzindә 1052  artaraq  113 min 850-yә,  infeksiyaya yoluxanların sayı da 12 min 364 artaraq  3 milyon 945 min 680-ә çatıb.

İtaliyada epidemiyadan ölәnlәrin sayı gün әrzindә 422  artaraq  92  min 2 nәfәrә,  virusa yoluxanların sayı da 10 min 630  artaraq 2 milyon 655 min 319-a  yüksәlib.Ölkәdә vaksinasiya prosesi dekabrın 27-dә başlamışdı.

Almaniyada epidemiya qaynaqlı insan itkisi 63 min 271-ə, yoluxmaların sayı isə 2 milyon 302 minə yüksəlib. Türk alimi professor Doktor Uğur Şahin və həyat yoldaşı Doktor Özlem Türeci tərəfindən qurulan Alman biotexnologiya şirkəti "BioNTech" tərəfindən hazırlanan "Covid-19" peyvəndinin Almaniyada da istehsalına başlanıb.

Fransada koronavirus qurbanlarının sayı gün әrzindә 508 artaraq  80 min 147  nәfәrә, infeksiyaya yoluxanların sayı da 18 min 870  artaraq 3 milyon 360   min 235  nәfәrә çatıb. Ölkәdә indiyәdәk 1 milyon 772 min 602 nәfәrә koronavirus әleyhinә vaksin tәtbiq olunub.

İspaniyada koronavirusdan vәfat edәnlәrin sayı gün әrzindә 766 artaraq 63 min 61-ә, virusa yoluxanların sayı da 16 min 402 artaraq 3 minlyon 5 min 487-yә çatıb.

Yunanıstanda koronavirusdan ölәnlәrin sayı gün әrzindә 1526 artaraq 6 min 17 nәfәrә yüksәlib. Ölkәdә gün әrzindә virusa yoluxanların sayı da 166 minә çatıb.

Şәrq ölkәlәrindә isә vәziyyәt belәdir:

Hindistanda epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı gün әrzindә 85  artaraq  155  min 280-ә, infeksiyaya yoluxanların sayı da 10 min 510  artaraq  10 milyon 858  min 300-ә  çatıb.

Rusiyada virusdan son 24 saat әrzindә 536 nәfәrin hәlak olması ilә ölkәdә ölәnlәrin sayı ümumilikdә 78 min 134 nәfәrә çatıb. Ölkәdә müvafiq dövrdә yoluxma sayı isә 14 min 494 nәfәr artaraq 4 milyon 12 minә yüksәlib. 

İranda koronavirus sәbәbilә hәyatını itirәnlәrin sayı 61 artaraq 58 min 686 nәfәrә çatıb, yoluxma sayı isә 7 min 585 artımla bir milyon 488 min 981 nәfәrә yüksәlib.



Әlaqәli Xәbәrlәr