Yens Stoltenberq Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərə toxunub

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə və Yunanıstanın NATO-nun dəyərli müttəfiqləri olduğunu bildirib.

1577591
Yens Stoltenberq Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərə toxunub

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə və Yunanıstanın NATO-nun dəyərli müttəfiqləri olduğunu bildirərək, alyansın rolunun iki ölkə arasındakı fikir ayrılıqlarının aradan qaldırılması üçün platforma təşkil etmək olduğunu deyib.

Stoltenberq beyin mərkəzi "Chatham House" tərəfindən təşkil edilən "NATO 2030 üçün yeni fikirlər" adlı tədbirdə videokonfrans vasitəsilə tələbələr və gənc liderlərlə görüşüb.

Bir sual qarşısında Türkiyə ilə Yunanıstan arasındakı mübahisəyə toxunan Stoltenberq NATO müttəfiqləri arasında fikir ayrılıqlarının ola biləcəyini qeyd edərək, "Həm Yunanistan, həm də Türkiyə dəyərli müttəfiqlər, amma Şərqi Aralıq dənizi də daxil olmaqla bəzi mövzularda razılaşmırlar. Biz məhz bunu etdik, məsələn, söhbət Şərqi Aralıq dənizindəki vəziyyətdən gedirdi. Biz NATO-da münaqişənin həlli mexanizmini yarada bildik. Bununla Şərq Aralıq dənizində Türkiyə və Yunanıstan gəmiləri, təyyarələri arasında hadisələr riski azalır" deyib.



Әlaqәli Xәbәrlәr