Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 260 mini keçib

Virusdan müalicә olunaraq sağalanların sayı 76  milyon 323 minə çıxıb.

1576166
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 260 mini keçib
Brezilya aşı süper

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 263 min 870-i keçib. İnfeksiyaya yoluxanların sayı 104 milyon 434 min, virusdan müalicә olunaraq sağalanların sayı da 76  milyon 323 minə çıxıb.

Virus səbəbiylə 58 min 110 insanın öldüyü və yoluxma sayının 1 milyon 431 min 416 olaraq qeydə alındığı İranda rəhbərlik Rusiyanın istehsal etdiyi "Sputnik V", İran alimləri tərəfindən hazırlanan "COVIRAN Bereket"  və Ümumdünya Səhiyyə Təşkilatı ilə koordinasiya edilərək hazıdlanan proqramdan aldığı vaksinlərlə 21 fevrala qədər peyvəndləmə işlərinə başlamağı planlaşdırır.

Hindistanda epidemiya səbəbiylə son 24 saat ərzində 113 nəfər ölüb, 11 min adamda virus aşkarlanıb. Ölkədə insan itkisi ümumilikdə 154 min 635-ə, yoluxma sayı isə 10 milyon 778 min 206-ya yüksəlib.

Min 849 ölüm və təxminən 160 min yoluxmanın olduğu Fələstində peyvəndləmə başlayıb. Səhiyyə Nazirliyinin peyvəndləmədə ilk mərhələdə "Covid-19" müalicəsi üçün ayrılmış xəstəxanaların reanimasiya şöbələrində çalışan səhiyyə işçilərindən başladığı bildirilib. İkinci mərhələdə 60 yaşdan yuxarı yaşlı insanlar və xroniki xəstəlikləri olanlar peyvənd olunacaq.

Epidemiyanın başlanğıcından bəri 14 nəfərin həyatını itirdiyi Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində (ŞKTC) son 24 saat ərzində aşkarlanan 62 yeni hadisə ilə yoluxmaların sayı 2 min 433-ə yüksəlib. Ölkədə tam bağlanma ehtimalı gündəmdədir.

Epidemiyanın başlanğıcından bəri 6 min 363 nəfərin öldüyü, 367 min 23 yoluxmanın qeydə alındığı Səudiyyə Ərəbistanı sabahdan etibarən (4 fevral) 20 ölkədən girişləri dayandırıb.

İngiltərədə virus səbəbindən son 24 saat ərzində 449 ölüm və 16 min 840 yeni yoluxma qeydə alınıb. Ölkədə ölənlərin sayı 108 min 13, yoluxmuşların sayı isə 3 milyon 852 min 623 idi.

İtaliyada epidemiya səbəbiylə son 24 saat ərzində 499 nəfərin  ölüməsilə ölkədə həyatını itirənlərin sayı 89 min 344-ə yüksəlib. Vlkədəki yoluxmaların sayı isə 9 min 660 nəfər artaraq 2 milyon 570 min 608 nəfərə çatıb.

Fransada Kovid-19 səbəbiylə son 24 saat ərzində 455 nəfər ölüb; insan itkisi 76 min 512 olub. Bir gündə 4 min 347 yeni yoluxmanın qeydə alınması ilə ölkədə yoluxma faktlarının sayı 3 milyon 201 min 461-ə yüksəlib.

İspaniyada Kovid-19-dan son 24 saat ərzində 724 nəfərin ölümü ilə, insan itkisi 59 min 805 olub. Müvafiq dövrdə 29 min 64 yeni yoluxmanın qeydə alınması ilə yoluxmaların sayı 2 milyon 822 min 805-ə yüksəlib. Hökumət koronavirusun mutasiyaya uğramış və çox sürətlə yayılanvariantına qarşı Braziliya və Cənubi Afrikaya uçuşlarda iki həftəlik məhdudiyyət qoyulacağını açıqlayıb.

Portuqaliyada son 24 saat ərzində virus səbəbiylə həyatını itirənlərin sayı 260 artaraq 13 min 17, 5 min 540 yeni yoluxma ilə virus aşkarlanan insan sayı 731 min 861 nəfərə çatıb. Yoluxmanın sıx olduğu yerlərdə sərbəst hərəkətin məhdudlaşdırılması, ibtidai məktəblər xaricindəki bütün məktəblərin bağlanması, həftə sonu şəhərlər arasında səyahətin qadağan edilməsi, gecə komendant saatı, bar, restoran və alış-verişin iş vaxtının azaldılması üçün tədbirlər görülür.

Rusiyada son 24 saat ərzində daha 16  min 474 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub. Ölkədə virusa yoluxanların sayı ümumilikdə 3 milyon 901 min 204 nəfərə çatıb.

Son 24 saat ərzində 526 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 74 min 684 nəfərə yüksəlib

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.



Әlaqәli Xәbәrlәr