ABŞ İranla Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinə qayıtmaq istəyir

ABŞ Dövlət katibi Entoni Blinken İranla Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinə qayıtmaq istədiklərini bəyan edib.

1575466
ABŞ İranla Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinə qayıtmaq istəyir

ABŞ Dövlət katibi Entoni Blinken İranla Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinə qayıtmaq istədiklərini bəyan edib.

A. Blinken "NBC" televiziyasına verdiyi müsahibədə gündəmdə olan xarici siyasət məsələlərini qiymətləndirib.

2015-ci ildə İranla imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinə qayıtmaq və əvvəlki administrasiyadan (2018-ci ildə) geri çəkilmək barədə sualı cavablandıran Blinken rəsmi Tehran şərtləri yerinə yetirəcəyi təqdirdə ABŞ-ın sazişə qayıtmaq istədiyini bildirib. 

Blinken İranın ABŞ və müttəfiqləri ilə nüvə mövzusundan başqa bir neçə məsələni əhatə edəcək hərtərəfli, güclü və uzunmüddətli bir razılaşma üçün masaya oturmasının vacibliyini də diqqətə çatdırıb. 

Blinken rəsmi Tehranın nüvə sazişi çərçivəsindəki məhdudiyyətləri ləğv etməyə davam edəcəyi halda "nüvə silahları üçün lazım olan uranı həftələr ərzində əldə edə biləcəyini" də irəli sürüb.



Әlaqәli Xәbәrlәr