Avropa İttifaqı Rusiyaya reaksiya göstərib

Cozep Borrell Rusiyada həbsdə olan müxalifətin lideri Navalnının sərbəst buraxılması üçün keçirilən nümayişlərdə minlərlə insanın tutulmasına görə təəssüfləndiyini dilə gətirib.

1574697
Avropa İttifaqı Rusiyaya reaksiya göstərib

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Rusiyada həbsdə olan müxalifətin lideri Aleksey Navalnının sərbəst buraxılması üçün təşkil edilən nümayişlərdə minlərlə insanın tutulmasına görə təəssüfləndiyini dilə gətirib.

5 fevralda Rusiyaya səfəri gözlənilən Borrell sosial mediada etdiyi paylaşımında Rusiyada dünən (31 yanvar)  bir daha çox sayda insanın saxlanılması və nümayişçilərlə jurnalistlərə nisbi olmayan güc tətbiq edilməsindən dərin kədər duyuduğunu bildirib.

Xalqın təzyiq görmə qorxusu olmadan nümayiş azadlığını həyata keçirə bilməsinin vacibliyini dilə gətirən Borrell Rusiyadan beynəlxalq öhdəliklərinə əməl etməsini istəyib.

Qeyd edək ki, Rusiyada minlərlə insan ciddi səviyyvdəki təhlükəsizlik tədbirlərinə baxmayaraq həbsdəki müxalif Navalnının sərbəst buraxılması üçün nümayiş təşkil etmiş, paytaxt Moskva və Sankt-Peterburq başda olmaqla bir çox şəhərdə icazəsiz nümayişlərə minlərlə insan qatılmışdır.

Polis ümumilikdə lisey və universitet tələbələrindən ibarət nümayişçilərə müdaxilə etmiş, insan haqları təşkilatları 82-si jurnalist olmaqla 3 min 800-dən çox insanın nəzarətə alındığını açıqlamışdı.

Saxlanılanlar arasında Navalnının həyat yoldaşı Yuliya Navalnıyana da var.



Әlaqәli Xәbәrlәr