Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 230 min 970-i keçib.

1574293
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir
KORONA SÜPER

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 231 min 160-ı, infeksiyaya yoluxanların sayı 103 milyon 214 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 74  milyon 872 mini keçib.

Hindistanda epidemiya səbəbiylə ölənlərin sayı 154 min 312-yə yüksəlib. Ölkədəki yoluxmaların sayı da 10 milyon 747 minə çıxıb.

İranda virus səbəbiylə ölənlərin sayı bir gündə 70 nəfər artaraq 57 min 959 olub. Ölkədə yoluxmaların sayı isə 6 min 268 artaraq bir milyon 417 min 999-a yüksəlib. Koronavirus ilə Milli Mübarizə Qurumunun sözçüsü Əli Rıza ölkədən Avropaya daxil olan sərnişinlər üçün tətbiq ediləcək "Covid-19" testindən sonra nəticələrin mənfi olmasına baxmayaraq iki həftəlik məcburi karantin tətbiq edilməsinə qərar verildiyini açıqlayıb.

Yaponiyada "Covid-19"dan insan itkisi 5 min 546-ya yüksəlib. Ölkədə yoluxmaların sayı 383 min 83-ə çıxıb. Yaponiyada virusa qarşı 11 əyalətdə tətbiq olunan fövqəladə vəziyyətin müddətinin daha bir ay uzadılacağı bildirilib.

Rusiyada son 24 saat ərzində daha 18 min 359 nəfər yeni növ koronavirusa  yoluxub.

 Rusiyada virusa yoluxanların sayı 3 milyon 850 min 439 nəfərə çatıb.

Son 24 saat ərzində 485 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 73 min 182 nəfərə çatıb.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) "Covid-19"dan ölüm sayı 450 min 381 olub. Ölkədə yoluxmaların sayı 26 milyon 655 min olaraq qeyd edilib.

Braziliyada koronavirusdan ölənlərin sayı 223 min 971nəfərə,  yoluxmaların sayı 9 milyon 176 minə yüksəlib.

Meksikada epidemiya səbəbiylə ölüm sayı 158 min 74, yoluxmaların sayı isə 1 milyon 857 minə çıxıb.

İngiltərədə virus səbəbiylə ölənlərin sayı 105 min 571, virusa yoluxanların sayı isə 3 milyon 796 min olub. İngilis Anqlikan kilsəsi Baş yepiskopu Custin Velby "Xristianlığın sosial doktrinasından ilham alan" Avropa İttifaqını (Aİ) yeni koronavirus peyvəndi ixracına nəzarət edərək bu dəyərləri pozmaqda günahlandırıb.

İtaliyada epidemiya səbəbiylə ölənlərin sayı 88 min 279-a yüksəlib. Virusan yoluxduğu insan sayı 2 milyon 541 minə çatıb.

Fransada virusdan ölənlərin sayı 75 min 862, infeksiyaya yoluxanların sayı 3 milyon 177 min olub.

"Covid-19" səbəbiylə İspaniyada ölənlərin sayı 58 min 319 olub, 2 milyon 830 min nəfər isə virusa yoluxub.

Almaniyada epidemiya insan itkisi 57 min 512-ə, yoluxmaların sayı isə 2 milyon 217 minə yüksəlib.



Әlaqәli Xәbәrlәr