Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 201 min 410-u keçib.

1573269
Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir
SÜPER FOTO koronavirus aşı.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 202 min 620-ni, infeksiyaya yoluxanların sayı 102 milyon 104 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 73  milyon 957 mini keçib.

2 min 230 yeni insan itkisi ilə ölü sayının 442 min 68-ə və yoluxma sayının isə 95 min 537 artaraq 26 milyon 270 minə yüksəldiyi, epidemiyanın mərkəzi ABŞ-ın Nyu-York ştatında Səhiyyə Şöbəsinin qocalar evlərindəki virus qaynaqlı ölümləri 50 faizə yaxın az qeydə aldığı bildirilib. Digər tərəfdən, virusun Cənubi Afrikada ortaya çıxan və mutasiya uğrayaraq daha sürətlə yayılan variantı ABŞ-ın Cənubi Karolina ştatında yaşayan 2 nəfərdə aşkarlanıb.

İngiltərədə virus səbəbindən son 24 saat ərzində min 239 ölüm və 28 min 680 yeni yoluxma qeydə alınıb. Ölkədə ölənlərin sayı 103 min 126, yoluxmaların sayı isə 3 milyon 743 min 734 olub.

İspaniyada yeni növ koronavirusdan son 24 saat ərzində 515 nəfərin ölümü ilə ölkədə insan itkisi 57. min 806-ya yüksəlib. Müvafiq dövrdə yoluxmaların sayı 34 min 899 artaraq 2 milyon 705 minə çıxıb. Ölkədəki məhkumlar arasında son 15 gündə aşkarlanan "Covid-19" hadisələrinin sayının iki dəfə artdığı açıqlanıb.

Hindistanda koronavirus epidemiyasından insan itkisi 154 min 47 olub. Ölkədə yoluxmaların sayı da 10 milyon 720 min 971-ə çıxıb. 

Virus qaynaqlı 5 min 361 ölüm və 375 min 607 hadisənin qeydə alındığı Yaponiyada parlament koronavirusla mübarizə çərçivəsində 19,18 trilyon yenlik (183,8 milyard dollar) mövcud maliyyə ilinin üçüncü əlavə büdcəsini təsdiqləyib.

Şimali Kıbrıs Türk Cümhuriyyətində (ŞKTC) koronavirus əleyhinə tədbirlər çərçivəsində ölkə daxilində müəyyən saatlarda şəhərlərə giriş-çıxışlar qadağan olunub. Buna görə,  Girne 28 yanvar-10 fevral tarixləri arasında yerli vaxtla saat 23: 59-da, Lefkoşa 28 yanvar-03 fevrala bağlanıb.  Mağusa, Güzelyurt, İskele və Lefke 29 yanvar saat 01: 00-dan 3 fevral saat 23: 59-a qədər bağlı olacaq. 47 yeni yoluxma faktının aşkarlanması ilə ölkədə ümumi yoluxma sayı 2 min 208-ə yüksəlib.

Yeni növ koronavirus əleyhinə peyvədlənmənin hələ başlamadığı Gürcüstanda ilk peyvəndlənmə mart ayında başlayacaq və ilin sonunadək əhalinin 60-ı vaksin olunacaq. Bu günə qədər ölkədə epidemiya səbəbiylə 3 min 148 xəstənin öldüyü, virusa yoluxanların sayının isə 256 min 956-ya çatdığı bildirilib. 

"Covid-19" səbəbiylə ölənlərin sayı Rusiyada 72 min 185, İranda 57 min 736, İndoneziyada 29 min 518, İraqda 13 min 24, Pakistanda 11 min 560, Banqladeşdə 8 min 87, İsraildə 4 min 671 olaraq qeydə alınıb.



Әlaqәli Xәbәrlәr