ÜST-ün nümayəndə heyəti Uxanda karantindən çıxıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çinə səfər etmiş nümayəndə heyəti karantindən çıxıb.

1572819
ÜST-ün nümayəndə heyəti Uxanda karantindən çıxıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çinə səfər etmiş nümayəndə heyəti karantindən çıxıb.
Yeni növ koronavirusun (COVID-19) mənşəyini öyrənmək üçün iki həftə əvvəl Çinə səfər edən ÜST-ün tədqiqatçılardan ibarət nümayəndə heyəti Uxan şəhərində karantində qaldıqları oteli tərk ediblər.
Karantində olarkən videokonfrans formatında çalışan heyətə ÜST-ün aparıcı mütəxəssisi Peter Ben Embarek rəhbərlik edir. 

ÜST-nin 13 nəfərlik ekspertlər qrupu yanvarın 14-də Sinqapurdan birbaşa Uxana gəlib. Onlar Çində epidemiya əleyhinə prosedura uyğun olaraq mehmanxanada 14 günlük məcburi özünütəcrid dövrünü keçiblər. Heyətin Çinə səfəri 5-6 həftəni əhatə edəcək və epidemiyanın ilk olaraq başladığı Hubey vilayətinin paytaxtı Uxan şəhəri diqqət mərkəzində olacaq.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien nümayəndə heyəti ilə bağlı mətbuata verdiyi açıqlamada karantindən çıxdıqdan sonra tədqiqatçıların "Covid-19"un mənşəyini araşdırarkən Çin alimləri ilə ortaq araşdırmalar aparacağını və Çin mütəxəssislərinin əməkdaşlıq prosesində ÜST nümayəndə heyətinə dəstək verəcəyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr