Əlcəzair Tripolidəki səfirliyini yenidən açır

Əlcəzair, təhlükəsizlik səbəbiylə 7 ildir bağlı olan Liviyanın paytaxtı Tripolidəki səfirliyini açmağa hazırlaşır.

1572714
Əlcəzair Tripolidəki səfirliyini yenidən açır

Əlcezayir Xarici İşlər Nazirliyinin məlumatına görə nazir Sabri Bukadum Tripoliyə səfəri zamanı diplomatik fəaliyyətini bərpa etməsi gözlənilən səfirlik binasını ziyarət edib. 2014-cü ildən bəri fəaliyyəti dayandırılan Tripoli səfirliyinin yaxın günlərdə yenidən açılacağı ifadə edilən açıqlamasında Xarici işlər naziri Bukadumun Liviya səfəri çərçivəsində bu ölkənin Baş naziri Fayiz es-Serrac, Dövlət Ali Şurasının prezidenti Xalid əl-Mişri, Nümayəndələr Palatasının sədri Hammude Siyala, Liviya millət vəkilləri və xarici işlər naziri Muhammed Tahir ilə danışıqlar apardığı qeyd edilib. Nazir baş tutan görüşlərdə ölkəsinin  Liviya xalqı ilə böhran başladığı gündən bəri həmrəy olduğuna diqqət çəkib.

Liviya Baş Nazirliyinin sözçüsü Qalib əz-Zaklai  verdiyi açıqlamada Xarici işlər naziri Bukadumun böhranın həlli üçün Fayiz əl-Sərrac və Xalid əl-Misri ilə siyasi dialoq prosesi, təhlükəsizlik və iqtisadiyyat məsələlərini müzakirə etdiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr