ABŞ dövlәt katibi vә NATO-nun Baş katibi arasında telefon danışığı olub

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Antoni Blinkin NATO-nun Baş katibi Yens Stoltenberq  ilә keçirdiyi grüşdә ölkәsinin NATO-nun güclәndirilmәsinә olan dәstәyini vurğulayıb.

1572837

ABŞ Dövlәt Departamentinin mәtbuat katibi Ned Prays dövlәt katibi Blinkinin  Stoltenberqlә telefon әlaqәsi saxladığını bildirib.

Mәlumatda Blinken vә Stoltenberqin 2021-ci ilin ilk yarısında  NATO liderlәr zirvәsinin keçirilmәsi mәsәlәsindә razılıq әldә etdiklәri vurğulanıb.

‘‘Antoni Blinkin NATO-nun Baş katibi Yens Stoltenberq  ilә keçirdiyi görüşdә Bayden administrasiyasının transatlantik ittifaqın güclәndirilmәsi vә canlandırılmasına verdiyi dәstәyi vurğuladı’’,-deyә Ned Prays bildirib.

Blinkin hәmçinin İngiltәrә xarici işlәr naziri Dominik Raab, Almaniya xarici işlәr naziri Hayko Maas, Fransa xarici işlәr naziri Jan İv Le Drian vә İsrail xarici işlәr naziri Qabi Aşkenazi ilә ayrı-ayrılıqda telefon әlaqәsi saxlayıb.

Blinken avropalı hәmkarları ilә keçirdiyi görüşdә NATO ittifaqının әhәmiyyәtini vә ABŞ ilә bu ölkәlәr arasındakı ikitәrәfli münasibәtlәrin әhәmiyyәtini bir daha dilә gәtirib.

Әlaqәli Xәbәrlәr