Vladimir Putinlə Cozef Bayden arasında telefon danışığı olub

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

1571874
Vladimir Putinlə Cozef Bayden arasında telefon danışığı olub

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

 Kremlin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin Cozef Baydeni ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib.

Kreml tərəfindən yayılan bəyanatda bildirib ki, telefon danışığında Rusiya və ABŞ arasında münasibətlərin normallaşmasının hər iki ölkənin maraqlarına cavab verəcəyi vurğulanıb. Vladimir Putin və Cozef Bayden Strateji Hücum Silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilənin (SHS-3) uzadılması haqqında danışıblar. Telefon danışığında ayrıca koronavirus pandemiyası kimi kəskin problemlə mübarizə şəraitində ticarət-iqtisadi mövzular da daxil olmaqla, digər sahələrdə də əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bundan başqa, ikitərəfli və beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunub. Cozef Bayden Ukraynanın suverenliyinə dəstəyini ifadə edib. ABŞ və Rusiya rəhbərləri eləcə də İranın nüvə proqramı, Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə nizamlanmasına da toxunublar.

Rusiya və ABŞ prezidentləri arasındakı ilk danışığın işgüzar və açıq xarakter daşıdığı qeyd edilib. 



Әlaqәli Xәbәrlәr