“Merapi” vulkanı sutka ərzində 22 dəfə püskürdü
İndoneziyanın Yava adasında “Merapi” vulkanı 6 saat ərzində 22 dəfə püskürüb.
1572153

Volkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə Yava adasındakı “Merapi” vulkanı səhər saat 06: 00-dan 12: 00-yə qədər 22 dəfə kül və tüstü püskürüb. Mərkəzin açıqlamasında bildirilib ki, püskürən lava kütləsi vulkanın cənub-qərb zirvəsindən 1600 metr aşağı axıb.
Səlahiyyətli qurumlar dünənki partlayışlar nəticəsində vulkandan püskürən lavanın 1000 metr aşağı axdığını irəli sürülmüşdülər