G7-yә üzv ölkәlәrin XİN rәhbәrlәri Rusiyaya çağırış edib

G7-yә üzv ölkәlәrin xarici işlәr nazirlәri Moskva rәhbәrliyinә  rusiyalı müxalifәt lideri Aleksey Navalnının adazlığa buraxılması ilә әlaqәdar çağırış edib.

1572015

Amerika Birlәşmiş Ştatları, Kanada, Fransa, Almaniya, İtaliya, İngiltәrә, Yaponiya vә Avropa İttifaqının  ali nümayәndәsinin atdığı  imza ilә yayımlanan  birgә bәyanatda Aleksey Navalnının saxlanılması mәsәlәsindәki mövqeyi sәbәbindәn Moskva rәhbәrliyi tәnqid edilib.

Bәyanatda Aleksey Navalnının saxlanılmasının  siyasi motivasiyalarla hәyata keçirildiyi, hadisәdәn sonra ölkә daxilindә  keçirilәn etiraz aksiyalarında minlәrlә etirazçının vә çox sayda jurnalistin dә saxlanıldığı vә bunun qәbuledilmәz olduğu vurğulanıb.

‘‘Rusiya orqanlarına Aleksey Navalnının dәrhal azadlığa buraxılması ilә bağlı çağırış edirik’’,-deyә bәyanatda qeyd olunub.

Әlaqәli Xәbәrlәr