Birlәşmiş Millәtlәr Tәşkilatı Cәnubi Sudanda yaşanan humanitar böhranla bağlı bәyanat yayıb

Cәnubi Sudanda humanitar yardıma möhtac insanların sayı 8,3 milyona çatıb.

1572266
Birlәşmiş Millәtlәr Tәşkilatı Cәnubi Sudanda yaşanan humanitar böhranla bağlı bәyanat yayıb

Cәnubi Sudanda humanitar yardıma möhtac insanların sayı 8,3 milyona çatıb.

Bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatının Humanitar mәsәlәlәr üzrә koordinasiya ofisindәn verilәn mәlumatda bildirilib. Mәlumatda illәrdir davam edәn vәtәndaş müharibәsinin, yeni növ koronavirus epidemiyasının vә iqlim dәyişikliyinin sәbәb olduğu mәnfi tәsirlәr sәbәbindәn  ölkәdәki  humanitar vәziyyәtin  pislәşdiyi bildirilib.

‘‘Qarşıdurma vә tәbii fәlakәtlәr sәbәbindәn 2013-cü ildәn etibarәn tәxminәn 4 milyon adam evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb’’,-deyә mәlumatda vurğulanıb.

Mәlumatda bildirilib ki,  Cәnubi Sudanda humanitar yardıma möhtac insanların sayı 8,3 milyona çatıb.

Mәlumatda hәmçinin deyilir: ‘‘Ölkәdәki aclıq  çәkәnlәrin sayı artır. 2021-ci il әrzindә 7,2 milyon insanın aclıqla mübarizә aparacağı tәxmin edilir’’.

 

 

 



Әlaqәli Xәbәrlәr