ÜST peyvəndlərin yoxsul ölkələrə bərabər şəkildə paylanmasının vacibliyini bildirib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Dr. Tedros Adhanom Qebreyesus yeni növ koronavirus (Covid-19) peyvəndlərinin yoxsul ölkələrə bərabər şəkildə paylanmasını istəyib.

1571207
ÜST peyvəndlərin yoxsul ölkələrə bərabər şəkildə paylanmasının vacibliyini bildirib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Dr. Tedros Adhanom Qebreyesus yeni növ koronavirus (Covid-19) peyvəndlərinin yoxsul ölkələrə bərabər şəkildə paylanmasını istəyib.

Qebreyesus təşkilatın İsveçrənin Cenevrə şəhərindəki mərkəzi qərargahında video konfrans vasitəsilə mətbuat konfransı təşkil edib.

Dr. Tedros Adhanom Qebreyesus xəbərdar edib ki, yoxsul ölkələrə peyvənd tədarükündə bərabər münasibət göstərilməsə, "dünya fəlakətli mənəvi uğursuzluğun astanasında olacaq".

Qebreyesus Beynəlxalq Ticarət Palatasının (ICC) hökumətlərin inkişaf etməkdə olan ölkələrə "Covid-19" peyvəndinin əlçatan olması imkanı yaratmayacağı təqdirdə qlobal iqtisadiyyatın 9,2 trilyon dollara qədər zərər görəcəyini açıqladığını xatırladıb.

Araşdırmaya görə, işarə edilən zərərin demək olar ki, 4,5 trilyon dollarının ən zəngin ölkələrin payına düşəcəyinə işarə edən Qebreyesus Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni hesabatına görə isə epidemiyanın qlobal işgücü gəlirində 3,7 trilyon dollar azalmaya səbəb olduğunun təxmin edildiyini xatırladıb.

Qebreyesus "Covid-19" peyvəndlərinin aşağı və orta gəlirli ölkələr arasında bərabər paylanmalı olduğunu vurğulayaraq, "Vaksin millətçiliyi qısamüddətli siyasi hədəflərə xidmət edə bilər. Ancaq peyvəndlərin ədalətli paylanmasını dəstəkləmək hər ölkənin orta və uzunmüddətli iqtisadi maraqlarına cavab verəcəkdir" deyib.

Bu arada, Qebreyesus Beynəlxalq Ticarət Palatasının "Covid-19" peyvəndinin dünya iqtisadiyyatına təsirini araşdıran elmi nümayəndə heyətinin rəhbəri. Dr. Şebnem Kalemli Özcana təşəkkür edib.

Tədqiqat haqqında məlumat verən Özcan da Koç Universitetində vəzifəli akademiklər Selva Demiralp, Cem Çakmaklı, Sevcan Yeşiltaş və Muhammed Ali Yıldırımın da araşdırmada iştirak etdiklərini söyləyib.



Әlaqәli Xәbәrlәr