Ned Prays Türkiyә ilә Yunanıstan arasında baş tutan görüşlә bağlı paylaşım edib

Amerika Birlәşmiş Ştatları Dövlәt Departamentinin mәtbuat katibi Ned Prays Türkiyә ilә Yunanıstan arasındakı araşdırma görüşlәrinin yenidәn başlamasını mәmnuniyyәtlә qarşıladıqlarını bildirib.

1570894

Ned Prays bu barәdә rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

‘‘ABŞ Türkiyә ilә Yunanıstan arasındakı görüşlәrin İstanbulda yenidәn başlamasını mәmnuniyyәtlә qarşılayır. Şәrqi Aralıq dәnizindә gәrginliyin aradan qaldırılması üçün göstәrilәn bütün sәylәri dәstәklәyirik’’,-deyә Ned Prays söylәyib.

Qeyd edәk ki, Türkiyә ilә Yunanıstan arasında keçirilәn araşdırma görüşlәrinin 61-ci turu  dünәn İstanbulda keçirilib.

Diplomatik mәnbәlәrin yaydığı mәlumata әsasәn, görüş  Dolmabaxça Sarayında baş tutub. Görüşdә daha әvvәl keçirilәn 60-cu turda müzakirә olunan mәsәlәlәr qiymәtlәndirilib, mövcud vәziyyәt vә son proseslәr ilә bu mövzularla bağlı atıla bilәcәk addımlar gündәmә gәlib. Tәrәflәr növbәti görüşün Yunanıstanın paytaxtı Afinada keçirilmәsi mәsәlәsindә razılıq әldә ediblәr.

Әlaqәli Xәbәrlәr