Fransada quş qripi tüğyan edir

Fransada quş qripi epidemiyasına qarşı mübarizə çәrçivәsindә təxminən 2 milyon ördək mәhv edilib.

1571295
Fransada quş qripi tüğyan edir

Qida və Kənd Təsərrüfatı Naziri Julien Denormandienın mәlumatına görә Fransanın cənub-qərbində 8 bölgədə quş qripi hadisələri aşkar edilib. Nazir Denormandie açıqlamasında: “Aparılan araşdırmalar nәticәsindә 390 təsərrüfatda quş qripi qeydә alınıb. Virusun yayılmasının qarşısını almaq mәqsәdiylә təxminən 2 milyon ördək mәhv edilib”. Nazir, virusun ördəkdən ördəkə yoluxduğunu insanın yoluxma riskinin olmadığı, bu sәbәbdәn yumurta, toyuq və ördək istehlakına problem tәşkil etmәdiyini vurğulayıb.

Xatırladaq ki, 2015-2016 və 2016-2017-ci illәrdә Fransanın cənub-qərb bölgələrində iki quş qripi epidemiyası aşkarlandı vә milyonlarla quş mәhv edildi. Bu da Fransanın ixracat gəlirlərinə ağır zәrbә endirdi.



Әlaqәli Xәbәrlәr