Ursula von der Leyen vaksinasiya prosesi ilә bağlı әhәmiyyәtli bәyanatlar verib

Leyen ‘‘Tünd qırmızı’’ rәnglә göstәrilәcәk bölgәlәrin Aİ daxilindә virusun sürәtlә yayıldığı yerlәri ifadә edәcәyini bildirib.

1569024
Ursula von der Leyen vaksinasiya prosesi ilә bağlı әhәmiyyәtli bәyanatlar verib

Avropa İttifaqı yeni növ koronavirusla bağlı peyvәnd olunacaq şәxslәrә ‘‘peyvәnd sertifikatı’’ verilmәsini tәxirә salma, lazımsız  sәyahәtlәrin dә kәskin şәkildә dayandırılmasına qәrar verdi.
Avropa İttifaqına üzv ölkәlәrin liderlәri peyvәndin tәmin edilmәsi vә paylanması, peyvәnd olunanlara sertifikatın verilmәsi vә epidemiyanın yayılmasına qarşı tәdbirlәr kimi mәsәlәlәri müzakirә etmәk üçün videokonfrans formatında iclas keçirdi.

İclasın sonunda Aİ Şurasının sәdri Şarl Mişel ilә mәtbuat nümayәndәlәrini mәlumatlandıran Aİ Komissiyasının sәdri Ursula von der Leyen koronavirusun yeni variantlarının Avropada yayılmasından narahat olduqlarını, Aİ daxilindә vә Aİ ilә digәr ölkәlәr arasındakı zәruri olmayan sәyahәtlәrin kәskin şәkildә dayandırılmasını hәdәflәdiklәrini ifadә edәrәk  risk tәşkil edәn bölgәlәri göstәrәn xәritәyә yeni bir kateqoriya әlavә etmәyi tәklif etdiklәrini bildirib.

Leyen ‘‘Tünd qırmızı’’ rәnglә göstәrilәcәk bölgәlәrin Aİ daxilindә virusun sürәtlә yayıldığı yerlәri ifadә edәcәyini bildirib.

Sәrhәdlәrin bağlanmasına qarşı olduqlarını deyәn Ursula von der Leyen daxili bazarda xidmәtin vә mәhsulların çatdırılması üçün sәrhәdlәrin açıq olmasının vacibliyini vurğulayıb.

Ursula von der Leyen peyvәnd olunanlara  peyvәndlә bağlı sertifikatın verilmәsi  mәsәlәsinin dә liderlәr tәrәfindәn müzakirә edildiyini bildirib.



Әlaqәli Xәbәrlәr