Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 85 min 745-i keçib.

1567916
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 85 min 745-i, infeksiyaya yoluxanların sayı 97 milyon 403 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 69  milyon 965 mini keçib.

ABŞ-da koronavirus qaynaqlı ölüm sayı 415 min 894 nəfərə çıxıb. Virusa yoluxanların sayı isə 24 milyon 998 min 975 mini keçib. 

İngiltərədə virus səbəbindən son 24 saat ərzində  min 820 nəfər həlak olub, 38 min 905 yeni yoluxma faktı qeydə alınıb. Epidemiyanın başlandığı gündən bəri ən yüksək insan itkisinin qeydə alındığı ölkədə ölənlərin sayı 93 min 290, yoluxmaların sayı 3 milyon 505 min 754 olub.

İtaliyada epidemiya səbəbiylə son 24 saatda 524 nəfərin həlak olması ilə ölkədə ölənlərin sayı 83 min 681-ə yüksəlib. Virusa yoluxanların sayı 13 min 571 artaraq 2 milyon 414 min 166 nəfərə çatıb.

Fransada "Covid-19" səbəbiylə son 24 saat ərzində 310 nəfərin həlak olması ilə ölkədə insan itkisi 71 min 652 nəfərə çıxıb. Bir gündə 26 min 784 yeni yoluxma qeydə alınıb. Bununla da virusa yoluxanların ümumi sayı  2 milyon 965 min 117-ə yüksəlib.

İspaniyada son 24 saat ərzində "Covid-19"dan 464 nəfər ölüb. Ölkədə insan itkisi 54 min 637-ə yüksəlib. 41 min 576 yeni hadisə qeydə alınıb ​​ki, bu da epidemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir. Ölkədə ümumi yoluxma sayı isə 2 milyon 211 min 967-yə çıxıb.

Portuqaliya Səhiyyə Nazirliyi son 24 saat ərzində "Covid-19" qaynaqlı  219 nəfərin öldüyünü və 14 min 647 yeni yoluxmanın qeydə alındığını, bunun isə epidemiyadan bəri ən yüksək göstərici olduğunu bildirib. Ölkədə insan itkisi 9 min 465-ə, yoluxmaların sayı isə 581 min 605-ə yüksəlib.
Xalqdan məcbur olunmadıqda təqdirdə küçələrə çıxılmaması istənib. Ölkədə bar, restoran və ticarət mərkəzlərinin iş saatları məhdudlaşdırılıb. Yeni yoluxma faktlarının artması səbəbindən məktəblərdə distant təhsilə keçid barədə də müzakirələr aparılır.

Hindistanda epidemiya səbəbiylə ölənlərin sayı 152 min 906-ya, yoluxanların sayı isə 10 milyon 611 min 719-a yüksəlib.

Afrika qitəsində virus səbəbiylə insan itkisi 81 min 861-ə, yoluxmaların sayı isə 3 milyon 352 min 823-ə yüksəlib. Qitədə ən çox ölüm və hadisə Cənubi Afrika, Mərakeş, Tunis və Misirdə qeydə alınıb.

Bəzi ölkələrdə "Covid-19"-dan insan itki belədir:

Rusiya (67 min 220), İran (57 min 57), Cənubi Afrika (38 min 854), İndoneziya (26 min 857), İraq (12 min 968), Pakistan (11 min 157).



Әlaqәli Xәbәrlәr