D.Tramp Birlәşmiş Әrәb Әmirliklәrinә ‘‘F-35’’ tipli qırıcıların satılmasını tәsdiqlәyib

Amerika Birlәşmiş Ştatlarının keçmiş prezidenti Donald Trampın vәzifәsini ölkәnin  yeni prezidentinә tәhvil vermәzdәn bir gün әvvәl Birlәşmiş Әrәb Әmirliklәrinә ''F-35'' tipli döyüş tәyyarәsinin satılmasına imkan verәn müqavilәni imzaladığı bildirilib.

1568219

''Reuters'' xәbәr agentliyinin yaydığı mәlumatda D.Trampın Abu Dabi rәhbәrliyinә 50 әdәd  ''F-35'' tipli döyüş tәyyarәsi vә 18 silahlı pilotsuz uçuş aparatının satılmasını tәsdiqlәdiyi  ifadә edilib.

Vәzifәsinin icrasına dünәn başlayan ABŞ prezidenti Co Bayden isә sözügedәn müqavilәni nәzәrdәn keçirәcәyini söylәyib.

Amerika Birlәşmiş Ştatlarının Orta Şәrqdәki әhәmiyyәtli müttәfiqlәrindәn biri olan Birlәşmiş Әrәb Әmirliklәri uzun zamandır ABŞ-dan  ‘‘F-35’’ tipli tәyyarә almaq istәyirdi.

Әlaqәli Xәbәrlәr