Antonio Quterreş Co Baydenin ÜST ilә bağlı qәbul etdiyi qәrarı mәmnuniyyәtlә qarşılayıb

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş Amerika Birlәşmiş Ştatlarının yeni seçilmiş prezidenti Co Baydenin Paris İqlim Sazişi vә ÜST-na yenidәn qoşulması ilә bağlı qәbul etdiyi qәrarı mәmnuniyyәtlә qarşıladığını bildirib.

1568126
Antonio Quterreş Co Baydenin ÜST ilә bağlı qәbul etdiyi qәrarı mәmnuniyyәtlә qarşılayıb

 

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş Amerika Birlәşmiş Ştatlarının yeni seçilmiş prezidenti Co Baydenin Paris İqlim Sazişi vә Ümumdüya Sәhiyyә Tәşkilatına (ÜST)  yenidәn qoşulması ilә bağlı qәbul etdiyi qәrarı mәmnuniyyәtlә qarşıladığını bildirib.

Antonio Quterreş verdiyi bәyanatda ABŞ-ın iqlim dәyişikliyi ilә mübarizәdә 2050-ci ilәdәk karbon emissiyası hәdәfinә çatmasındakı qlobal sәylәrini sürәtlәndirmәsini sәbrsizliklә gözlәdiklәrini bildrib.

Amerika Birlәşmiş Ştatları prezidenti Co Baydenin Paris İqlim Sazişinә yenidәn qoşulması ilә bağlı qәbul etdiyi qәrarı mәmnuniyyәtlә qarşıladıqlarını bildirәn Antonio Quterreş iqlim böhranının öhdәsindәn gәlmәk üçün Bayden administrasiyası vә digәr liderlәrlә işlәyәcәklәrini vurğulayıb.

C.Bayden administrasiyasının Ümumdünya Sәhiyyә Tәşkilatına yenidәn qatılacağı üçün mәmnuniyyәtini ifadә edәn A.Quterreş yeni növ koronavirus pandemiyasına qarşı mübarizәdә ÜST-nın dәstәklәnmәsinin kritik әhәmiyyәtә malik olduğunu deyib.

 

 



Әlaqәli Xәbәrlәr