İtaliyada Konte və hökumətinə Senatda etimad göstərilib

İtaliyada Baş nazir Cüzeppe Konteyə Senatda keçirilən səs vermədə mütləq səs çoxluğu olmadan etimad göstəilib.

1567257
İtaliyada Konte və hökumətinə Senatda etimad göstərilib

İtaliyada Baş nazir Cüzeppe Konteyə Senatda keçirilən səs vermədə mütləq səs çoxluğu olmadan etimad göstəilib.

Senatorlardan 156-sı onun lehinə, 140 nəfəri isə əleyhinə səs verib.

Buna görə ölkədə yeni hökumətin formalaşdırılması və ya növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurəti aradan qalxıb. Parlamentin hər iki palatasının dəstəyini qazanan C.Kontenin rəhbərlik etdiyi hökumət öz fəaliyyətini davam etdirəcək.

Qeyd olunmalıdır ki, sabiq Baş nazir Matteo Renzinin sədrlik etdiyi “Viva İtalia“ partiyası C.Kontenin yürütdüyü siyasətə etiraz olaraq, cəmi 17 aylıq birgə fəaliyyətdən sonra hökuməti tərk etdiyini bildirib. Parlamentdə mütləq səs çoxluğunu itirən C.Konte etimad votumuna getməli oldu və parlamentin hər iki palatası tərəfindən hazırkı böhran dövründə öz siyasi kursunu davam etdirmək üçün mandat alıb.

Baş nazir Konte hökumətinə etimad göstərilməsindən sonra "Twitter" hesabından yaydığı açıqlamada "Hökumətə Senatda etimad göstərildi. İndi məqsədimiz bu çoxluğu daha güclü hala gətirməkdir. İtaliyanın itirəcək vaxtı yoxdur. Pandemiya və iqtisadi problemləri təcili həll etmək üçün addımlar atılacaqdır" deyib. 

Digər tərəfdən, ana müxalifətdəki ultra sağçı Lig Partiyasının lideri Matteo Salvini hökumətin mütləq çoxluq olmadan yoluna davam etməsini "qəbul edilməz" olaraq dəyərləndirib və bunu prezident Sergio Mattarellaya təqdim edəcəklərini bildirib. 



Әlaqәli Xәbәrlәr