Co Bayden and içərək vəzifəsinin icrasına başladı

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden və ilk qadın vitse-prezidenti Kmila Harris and içərək vəzifələrinin icrasına başladılar.

1567771
Co Bayden and içərək vəzifəsinin icrasına başladı

 

Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Co Bayden  və ilk qadın vitse- prezidenti Kamila Harris vəzifələrinin icralarına başladılar. 

Bayden və Harris andiçmə mərasimindən əvvəl Vaşinqtondakı Həvari Metyu kilsəsini ziyarət ediblər və daha sonra Konqres binasına gediblər. 

Co Bayden və Kamila Harris Türkiyə vaxtı ilə saat 20.00-da and içərək vəzifələrinin icrasına başlayıblar. 

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden and içdikdən sonra etdiyi çıxışında bildirib ki, bu gün demokratiyanın, tarixin və ümidin günüdür. Bütün amerikalıların prezidenti olacam. Bütün çətinliklərin öhdəsindən birlikdə gələcəyik. 

Qeyd edək ki, Kamila Harris ABŞ-ın ilk qadın vitse prezidentidir. 

 



Әlaqәli Xәbәrlәr