İsrail ordusu Hәmasa mәxsus obyektlәri bombalayıb

İsrail Hәmasın mühasirә altındakı Qәzza zolağındakı obyektlәrinә hava hücumu tәşkil etdiyini açıqlayıb.

1565620
İsrail ordusu Hәmasa mәxsus obyektlәri bombalayıb

 

İsrail Hәmasın mühasirә altındakı Qәzza zolağındakı obyektlәrinә hava hücumu tәşkil etdiyini açıqlayıb.

İsrail ordusunun mәtbuat katibi Avichay Adrae bu barәdә rәsmi internet sәhifәsindә bildirib.

Avichay Adrae hücumun İsrailin cәnubundakı Aşdot şәhәrinә endirilәn raket zәrbәsinә cavab olaraq hәyata keçirildiyini vurğulayıb.

İsrail ordusunun mәtbuat katibi bildirib ki,  hücum zamanı Hәmasa mәxsus dәhlizlәr hәdәf alınıb.Mәlumata görә, hücum nәticәsindә ölәn vә ya yaralanan olmayıb.

 

 



Әlaqәli Xәbәrlәr