İndoneziyada zәlzәlә qurbanlarının sayı 81 nәfәrә çatıb

İndoneziyanın Sulavesi adasında baş verәn zәlzәlә nәticәsindә hәyatını itirәnlәrin sayı 81 nәfәrә çatıb.

1565411
İndoneziyada zәlzәlә qurbanlarının sayı 81 nәfәrә çatıb

 

İndoneziyanın Sulavesi adasında baş verәn zәlzәlә nәticәsindә hәyatını itirәnlәrin sayı 81 nәfәrә çatıb.

Ölkәnin Qәrbi Sulavesi әyalәtindә baş verәn tәbii fәlakәtdәn sonra axtarış-xilasetmә әmәliyyatları davam etdirilir.

Әmәliyyatlar nәticәsindә 8 nәfәrә aid meyit dә aşkar edilib. Belәliklә hәlak olanların sayı 81 nәfәrә yüksәlib. Zәlzәlә nәticәsindә 1200 tikiliyә ciddi ziyan dәyib. Dağılan binalarda xilasetmә әmәliyyatları davam etdirilir.

Rәsmilәr zәlzәlә nәticәsindә ağır yaralanan 253 nәfәrin müalicәsinin bölgәdәki xәstәxanalarda davam etdirildiyini vә tәhlükәsiz bölgәlәrә evakuasiya edilәnlәrin sayının tәxminәn 28 min olduğunu bildirmişdi.

Qeyd edək ki, yanvarın 15-də İndoneziyanın Sulavesi adasında yerli vaxtla saat 01.28-də 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Mejene şəhərinin 6 kilometr şimal-şərqində, ocağı isə yerin 10 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar Palu və Makasar şəhərlərində də hiss edilib. 



Әlaqәli Xәbәrlәr