Bәlәdiyyә sәdrinin avtomobilinә hücum edilib, ölәn vә yaralananlar var

Somalidә terror tәşkilatı Es-Şebabın Aşağı Şabelle bәlәdiyyә sәdri Abdulkadir Sidinin konvoyuna tәşkil etdiyi hücum nәticәsindә altı hәrbçi hәyatını itirib.

1565399

Tәhlükәsizlik mәnbәlәrinin yaydığı mәlumata әsasәn, Sidinin konvoyu dünәn sәhәr saatlarında hava limanına gedәrkәn hücuma mәruz qalıb.

Hadisә zamanı altı hәrbçi hәyatını itirib, dörd hәrbçi dә yaralanıb. Xәsarәt alan hәrbçilәr helikopter vasitәsilә paytaxt Moqadişoya aparılıb.

Hücuma görә mәsuliyyәti Es-Şәbab terror qrupaşması öz üzәrinә götürüb.

Qeyd edәk ki, Es-Şebab qruplaşması vaxtaşırı bölgәdәki mülki yaşayış mәntәqәlәrini vә tәhlükәsizlik qüvvәlәrini hәdәf alır.
 
Әlaqәli Xәbәrlәr