İndoneziyada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 56 nəfərə çatıb
İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb.

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 800-dən çox adam da xəsarət alıb. Xəsarət alan 201 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Zəlzələ nəticəsində dağılan binalarda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, yanvarın 15-də İndoneziyanın Sulavesi adasında yerli vaxtla saat 01.28-də 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Mejene şəhərinin 6 kilometr şimal-şərqində, ocağı isə yerin 10 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar Palu və Makasar şəhərlərində də hiss edilib.
Әlaqәli Xәbәrlәr

İsrailә mәxsus yük gәmisindә partlayış baş verib
Mәlumata görә, partlayış zamanı ekipaj üzvlәri arasında ölәn vә ya yaralanan olmayıb.

Kays Sәid: ‘‘Tunis ilә Türkiyә arasında xüsusi tarixi münasibәtlәr var’’
Tunis prezidenti Kays Sәid Türkiyә ilә xüsusi tarixi münasibәtlәrә malik olduqlarını bildirib.